Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,

“Tankerə hücumun qəsdən törədildiyini düşünürük”

26 mar 2026, 12:19
“Tankerə hücumun qəsdən törədildiyini düşünürük”

“Rusiyadan xam neft yüklənmiş, xarici bayraq altında üzən, lakin operatorları türk olan gəminin mühərrik bölməsində gecə yarısından sonra partlayış baş verib”.

Liderxeber.az Türkiyə KİV-ə istinadən xəbər verir ki,  bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

O qeyd edib ki, hadisə ilə bağlı Türkiyənin əsas axtarış-xilasetmə mərkəzinə məlumat daxil olub, sahil mühafizəsi və aidiyyəti qurumların qüvvələri dərhal əraziyə cəlb edilib: “Bu, PUA hücumu deyil. Hadisənin insansız dəniz aparatı (İDA) vasitəsilə törədildiyini ehtimal edirik. Texniki qruplarımız hadisə yerinə göndərilib. Yaxın saatlarda vəziyyəti dəqiqləşdirəcəklər. Buna əsasən daha konkret açıqlama verəcəyik. Lakin hazırkı məlumata görə, bu, kənar təsir nəticəsində baş vermiş partlayışdır. Gəmini tamamilə sıradan çıxarmaq məqsədilə qəsdən törədildiyini düşünürük”.

Xatırladaq ki, Türkiyənin “Altura” adlı 140 min ton xam neft daşıyan tankerinin Qara dənizdə dron zərbəsinə məruz qaldığı iddia edilib.