Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,

Britaniya Hörmüz boğazının açılmasına başçılıq edəcək

25 mar 2026, 09:20
Britaniya Hörmüz boğazının açılmasına başçılıq edəcək

Böyük Britaniya Hörmüz boğazında hərəkəti bərpa etmək və bu dəhlizdən keçən gəmiləri müşayiət etmək üçün beynəlxalq koalisiyaya rəhbərlik etməyə hazırlaşır.

Liderxeber.az xəbər verir ki, bu barədə "The Times" və "The Telegraph" qəzetləri məlumat yayıb.

Bildirilib ki, Britaniya Fransa ilə birlikdə boğazın gəmiçilik üçün açılması planını hazırlayır və bu planın həyata keçirilməsi üçün ABŞ-nin dəstəyi tələb olunur.

"The Telegraph"ın yazdığına görə, plan İranın yerləşdirdiyi dəniz minalarını aşkar etmək və zərərsizləşdirmək məqsədilə mülki gəmilərin icarəyə götürülməsini nəzərdə tutur. Bu gəmilər uzaqdan idarə olunan və avtonom mina əleyhinə dronların yerləşdirilməsi və buraxılması üçün istifadə ediləcək.

Nəşrin məlumatına görə, Böyük Britaniyanın hərbi rəhbərliyi paralel olaraq bir neçə "Bay" sinifli yardımçı desant gəmisinin mina əleyhinə əməliyyatlar üçün platformalara çevrilməsi imkanını da araşdırır.

Amerikalı rəsmilərin fikrincə, İran Hörmüz boğazında 12-yə qədər mina yerləşdirib.