Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma

Laricaninin yerinə o gətirildi

24 mar 2026, 16:15
Laricaninin yerinə o gətirildi

İranda Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Administrasiyası rəhbərinin İctimaiyyətlə əlaqələr üzrə müavini Məhəmməd Mehdi Təbətəbai sosial şəbəkə hesabında açıqlama verib.

O bildirib ki, bu vəzifəyə Məhəmməd-Baqir Zolqədr gətirilib.

Zolqədr martın 17-si Tehranda İsrail ordusunun zərbəsi nəticəsində həlak olan Əli Laricanini əvəz edib.

Qeyd edək ki, ötən həftə İran mediası bu posta sabiq müdafiə naziri Hüseyn Dehqanının təyin olunduğunu iddia etsə də, sonradan bu məlumat təkzib olunub.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyatlar həyata keçirir. Hücumlar zamanı ölkənin Ali Lideri Əli Xamenei və bir sıra yüksəkrütbəli hərbi şəxslər öldürülüb.

Hadisə zamanı Əli Laricani ilə yanaşı, onun oğullarından biri və mühafizə xidmətinin rəhbərinin də həyatını itirdiyi qeyd olunur.

İran Prezidenti Məsud Pezeşkian isə yüksəkvəzifəli şəxslərin ölümünə görə qisas alınacağını bəyan edib.