Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

İran Hörmüz boğazından keçən bütün gəmiləri vuracağını bəyan etdi

03 mar 2026, 11:08
İran Hörmüz boğazından keçən bütün gəmiləri vuracağını bəyan etdi

"İran Hörmüz boğazından keçməyə çalışan bütün gəmiləri yandıracaq".

Liderxeber.az xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri, general İbrahim Cabbari dövlət televiziyasında çıxışında deyib. Hörmüz boğazının nəqliyyat üçün bağlandığını deyən Cabbari qeyd edib ki, bu addım ABŞ və İsrailin hücumlarına cavab olaraq atılıb. Onun sözlərinə görə, boğazdan keçməyə çalışan gəmilər SEPAH-ın Hərbi Dəniz Qüvvələri və Quru Qoşunları tərəfindən vurulacaq.

Cabbari qeyd edib ki, hazırda neftin qiyməti 82 dollara çatıb və qlobal bazarlarda qiymətlərin daha da yüksələcəyi gözlənilir. O, əlavə olaraq bölgədəki neft boru kəmərlərinin də hədəfə alına biləcəyini deyib və ərazidən bir damla neftin belə çıxmasına icazə verməyəcəklərini bildirib.