Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

İran ABŞ-nin 10 illik güzəşt təklifini rədd edib - Uitkoff danışıqların detallarını açıqladı

03 mar 2026, 09:24
İran ABŞ-nin 10 illik güzəşt təklifini rədd edib - Uitkoff danışıqların detallarını açıqladı

"İran tərəfi ABŞ ilə aparılan danışıqlarda Tehranın uranı zənginləşdirmək üzrə ayrılmaz hüquqa malik olduğunu bəyan edib".

Liderxeber.az-ın məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News"a müsahibəsində bildirib.

"Danışıqlara belə başlayan iranlı nümayəndələrə biz də cavab verdik. Dedik ki, ABŞ prezidenti inanır ki, bizim hüququmuz sizi dayandırmağa imkan verir", - deyə o, müsahibədə bildirib. Uitkoffun sözlərinə görə, iranlı diplomatlar onların mövqeyinin razılaşma əldə etmək üçün "başlanğıc nöqtəsi" olacağını açıq şəkildə bildiriblər.

Trampın xüsusi nümayəndəsi həmçinin qeyd edib ki, hərbi əməliyyatlardan əvvəl ABŞ danışıqlar zamanı pulsuz nüvə yanacağı tədarükü müqabilində İrana 10 il müddətinə uranı zənginləşdirməsindən imtina etməyi təklif edib:

"Biz onlarla uranın zənginləşdirilməsi ilə bağlı 10 illik güzəşt barədə müzakirə apardıq və yanacağın pulunu ödəyəcəyimizi dedik. Onlar imtina etdilər".

Uitkoff qeyd edib ki, İran komandası ilə ikinci görüşdən sonra ABŞ nümayəndə heyəti Vaşinqton və Tehranın razılığa gələ bilməyəcəyini anlayıb.