Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Pentaqondan İranla bağlı açıqlama - “Ərazidə qoşunumuz yoxdur”

02 mar 2026, 17:59
Pentaqondan İranla bağlı açıqlama - “Ərazidə qoşunumuz yoxdur”

“ABŞ ordusu İranın hərbi infrastrukturunu sıradan çıxarmaq üçün pilotsuz uçuş aparatları, esmineslər, HIMARS yaylım atəşli raket sistemləri və “Tomahawk” qanadlı raketlərindən istifadə edir”​.

Liderxeber.az CNN-ə istinadən xəbər verir ki, bu sözləri əməliyyatların gedişatı barədə məlumat verən Pentaqon rəhbəri Pit Heqset deyib.

O, həmçinin hazırda İran ərazisində heç bir Amerika əsgərinin olmadığını, zərbələrin yalnız məsafədən endirildiyini vurğulayıb.

Nəşr yazır ki, Pentaqon rəsmiləri arasında İranın mümkün qeyri-mütənasib cavab tədbirləri ilə bağlı ciddi narahatlıqların artdığı bildirilir.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.