Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Tox olsanız da, şirniyyata niyə "yox" deyə bilmirsiniz? - Araşdırma sirri açdı

02 mar 2026, 10:10
Tox olsanız da, şirniyyata niyə "yox" deyə bilmirsiniz? - Araşdırma sirri açdı

Şərqi İngiltərə Universitetinin alimləri müəyyən ediblər ki, insan tam doyduqdan sonra belə beyin cəlbedici yeməyə aktiv reaksiya verməyə davam edir.

Üstəlik, bu reaksiya həm yeməyin virtual görüntülərinə, həm də real qidalara qarşı yaranır.

Liderxeber.az gazeta.ru-ya istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Appetite" jurnalında dərc olunub.

Araşdırmada 76 könüllü iştirak edib. Eksperiment zamanı iştirakçılar mükafat elementləri olan oyun tapşırığını yerinə yetirərkən onların beyin fəaliyyəti elektroensefaloqrafiya (EEQ) vasitəsilə qeydə alınıb. Oyunda şirniyyatlar, şokolad, çips və popkorn kimi məhsulların həm şəkillərindən, həm də real nümunələrindən istifadə olunub. Tapşırığın ortasında iştirakçılara seçilmiş məhsullardan birini maraqları azalana qədər dadmaq imkanı verilib.

Müəyyən mərhələdə iştirakçılar toxluq hiss etdiklərini bildiriblər - onların davranışı yeməyin dəyərinin azaldığını göstərib. Lakin EEQ məlumatları göstərib ki, mükafat sistemi ilə əlaqəli beyin nahiyələrində elektrik aktivliyi iştirakçılar artıq doymuş olsalar belə, yemək görüntülərinə eyni dərəcədə güclü reaksiya verməyə davam edib.

Müəlliflər qeyd edirlər ki, bu cür reaksiyalar avtomatik xarakter daşıya və illər ərzində müəyyən qidanın zövqlə əlaqələndirilməsi nəticəsində formalaşmış öyrənilmiş neyron şablonlarını xatırlada bilər. Bu mexanizmlər şüurlu qərarlardan və aclıq hissindən asılı olmayaraq işə düşə bilir.

Alimlərin fikrincə, əldə olunan nəticələr fizioloji aclıq olmadığı halda belə niyə həddindən artıq yeməyin mümkün olduğunu və artıq çəki probleminin yalnız iradə gücü ilə bağlı olmadığını izah etməyə kömək edir.