Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Kanadalı alimlərin yeni araşdırması: Zehni aktivlik səviyyəsi gündəlik iş rejiminə necə təsir edir?

27 fev 2026, 11:14
Kanadalı alimlərin yeni araşdırması: Zehni aktivlik səviyyəsi gündəlik iş rejiminə necə təsir edir?

Kanadalı alimlərin yeni araşdırması göstərib ki, zehni aktivliyin yüksək olduğu dövrlərdə insan gün ərzində orta hesabla 40 dəqiqəyədək əlavə faydalı iş görə bilir.

Liderxeber.az xəbər verir ki, bu barədə "ScienceAlert" portalı məlumat yayıb.

Alimlər 12 həftə ərzində 184 iştirakçını müşahidə ediblər. Hər gün koqnitiv aktivlik səviyyəsi qiymətləndirilib və tapşırıqların, eləcə də məqsədlərin yerinə yetirilməsi göstəriciləri ilə müqayisə olunub. İştirakçılar arasında birbaşa müqayisə aparılmayıb. Tədqiqatçılar hər bir şəxsin məhsuldarlığındakı daxili dalğalanmaları təhlil ediblər.

"Bəzən hər şey ideal şəkildə düzülür, digər günlərdə isə tapşırıqları yerinə yetirmək çətinləşir. Bizi koqnitiv aktivliyin dalğalanmalarının nəticələrə və məhsuldarlığa nə dərəcədə təsir göstərdiyi maraqlandırırdı", - deyə araşdırmanın aparıcı müəllifi bildirib.

Nəticələr göstərib ki, bir iştirakçının "ən yaxşı" və "ən pis" günü arasındakı fərq 80 dəqiqəyədək aktiv iş vaxtına çata bilər.

Mütəxəssislər məhsuldarlığı artırmaq üçün ən vacib və mürəkkəb tapşırıqları diqqət və konsentrasiyanın ən yüksək olduğu dövrə planlaşdırmağı tövsiyə edirlər. Qeyd olunur ki, məhsuldarlığa yuxunun keyfiyyəti, motivasiya səviyyəsi və diqqəti yayındıran amillər də ciddi təsir göstərir.