Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma

24 fev 2026, 10:41
Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma

Bağırsaq sağlamlığı və qidalanma arasındakı əlaqə son illərdə elm dünyasında ən çox araşdırılan mövzulardan biridir.

Yeni nəşr olunan araşdırmalar qatıq istehlakının bağırsaq mikrobiomuna müsbət təsir göstərdiyini və yoğun bağırsaq xərçəngindən qoruduğunu göstərib.

Liderxeber.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.

Türkiyəli professor Aytaç Atamer bildirib ki, gündə iki porsiya qatıq yemək yoğun bağırsaq xərçəngi riskini 20%-ə qədər azalda bilər. Qatığın təbii qalxan olduğunu deyən professor qeyd edib ki, onun tərkibindəki probiotiklər, xüsusilə laktobasil və bifido-bakteriya növləri bağırsaq florasını tarazlaşdırmağa kömək edir.

Məqalədə bildirilir ki, qatıq təkcə probiotik bakteriyaların deyil, həm də zəngin bioaktiv birləşmələrin və kalsiumun mənbəyidir.

Bundan başqa, yazıda liflə zəngin qidaların istehlakının da bağırsağın təmizlənməsinə və zərərli maddələrin bədəndən atılmasına yardımçı olduğu qeyd olunub. Bu qrupa tam taxıl, yulaf, arpa, kəpəkli çörək və paxlalılar daxildir. Araşdırmalar göstərir ki, bu qidalar da yoğun bağırsaq xərçənginə qarşı qoruyucu təsir göstərir.