Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

KİV: Ərəb ölkələri ABŞ-nin İrana hücum planında plasdarm olmaq istəmirlər

20 fev 2026, 16:50
KİV: Ərəb ölkələri ABŞ-nin İrana hücum planında plasdarm olmaq istəmirlər

"Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və təxminən qırx min ABŞ əsgərinin yerləşdiyi İordaniya da daxil olmaqla, Birləşmiş Ştatlarla müttəfiq olan ərəb dövlətləri öz ərazilərinin İrana qarşı hərbi əməliyyat üçün istifadəsinə qarşı çıxırlar".

Liderxeber.az xəbər verir ki, bu barədə "CBS News" adı açıqlanmayan özəl mənbələrinə istinadən məlumat yayıb.

Kanalı bilgiləndirən qaynaqların iddiasına görə, ərəb ölkələri İranın onların ərazilərindəki ABŞ obyektlərinə qarşı cavab zərbəsi endirəcəyindən ehtiyat edirlər.

Xəbərdə qeyd edilir ki, Türkiyə də Tehranın nüvə proqramı ilə bağlı böhranın diplomatik həllini dəstəkləyir.

"CBS News" qeyd edir ki, sözügedən ölkələr İranda hakimiyyət dəyişikliyinə qarşıdırlar.

"The Wall Street Journal" nəşri isə özəl mənbələrə istinadən yazır ki, ABŞ Tehranı nüvə sazişində Vaşinqton üçün əlverişli şərtləri qəbul etməyə və genişmiqyaslı hücumdan yayınmaq üçün İranın hərbi və dövlət obyektlərinə məhdud hücumları nəzərdən keçirir. İddia olunur ki, bu hücum bir neçə gün ərzində həyata keçirilə bilər.

Yayılan məlumatlarda hücum əməliyyatının fevralın 21-də başlayacağı iddia edilir.

Qeyd edək ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ-İran nüvə danışıqlarının ikinci mərhələsi keçirilib. İran Xarici İşlər Nazirliyi gələcək saziş layihəsinə daxil edilə biləcək bir sıra məsələlər üzrə qarşılıqlı anlaşma olduğunu bəyan edib.

Rəsmi Vaşinqton isə məsləhətləşmələrin yaxşı keçdiyini, lakin Tehranın hələ Ağ Ev tərəfindən irəli sürülən bir neçə mövqeyi qəbul etməyə hazır olmadığını açıqlayıb.