Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

İspaniyalı həkim: "Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər"

20 fev 2026, 11:13
İspaniyalı həkim: "Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər"

"Tez-tez təkrarlanan soyuqdəymə hallarının qeyri-aşkar səbəbi diş fırçası ola bilər".

Liderxeber.az "Deia" nəşrinə istinadən xəbər veir ki, bu barədə ispaniyalı həkim David Kalyexo xəbərdarlıq edib. Mütəxəssis diş fırçasını soyuqdəymə, ishal və ya ağız boşluğunun müxtəlif infeksiyaları zamanı patogen mikroorqanizmlərin çoxalması üçün "dəbdəbəli hotel" adlandırıb.

Həkim bildirib ki, xəstəlikdən tam sağaldıqdan sonra istifadə olunan diş fırçası dəyişdirilməzsə, residiv (xəstəliyin yenidən qayıtması) baş verə bilər. Çünki fırçanın tükləri arasında qalan bakteriya və viruslar orqanizmə yenidən daxil olaraq infeksiya yaradır.

Üstəlik, mütəxəssis əlavə edib ki, diş fırçaları eyni qabda digər ailə üzvlərinin fırçaları ilə yanaşı saxlanılarsa, yoluxma riski daha da artır. "İnfeksiyadan sonra eyni diş fırçasından istifadə etmək, duş qəbul etdikdən sonra çirkli alt paltarı geyinmək kimidir", - deyə David Kalyexo maraqlı müqayisə aparıb.