Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Şəkəri nəfəslə ölçən cihaz hazırlandı

20 fev 2026, 07:29
Şəkəri nəfəslə ölçən cihaz hazırlandı

Türkiyənin Aksaray Universiteti (ASU) qan şəkərini nəfəslə ölçən sensor sistemi hazırlayıb.

Liderxeber.az xəbər verir ki, ASU-nun Elektrik və Elektronika Mühəndisliyi kafedrasının müəllimi, professor Dr. İsmayıl Bayraklı tərəfindən hazırlanan və nəfəs analizinə əsaslanan sistem, dünyada diabeti nəfəslə izləyə bilən yeganə sensordur.

Belə ki, beynəlxalq standartlara uyğun olaraq aparılan sınaqlarda 100% dəqiqlik dərəcəsinə malik olan sistem, oksigen əsaslı analiz metodu vasitəsilə ölçmə üçün istifadə edilən xərcləri əhəmiyyətli dərəcədə azaldır.

İsmayıl Bayraklı bildirib ki, diabet xəstələri gündəlik şəkər səviyyələrini yoxlamaq üçün iynələrdən istifadə edirlər və barmaqlarının uclarını deşmək məcburiyyətində qalırlar.

“Bu, həqiqətən ağrılı bir üsuldur. Xüsusilə kiçik uşaqlar üçün daha da çətindir. Yeni üsul istifadə edildikdə artıq barmaq deşmələrinə ehtiyac qalmayacaq. Diabet monitorinqi sadəcə nəfəs analizi ilə edilə biləcək”, - deyə o əlavə edib.