Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

“Tehran bunu təsdiqləməyə hazırdır”

18 fev 2026, 09:03
“Tehran bunu təsdiqləməyə hazırdır”

“İranın nüvə silahı əldə etmək niyyəti yoxdur və Tehran bunu təsdiqləməyə hazırdır”.

Liderxeber.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Cenevrədə ABŞ ilə nüvə danışıqlarının ikinci mərhələsindən sonra ölkəsinin nüvə proqramı ilə bağlı üç vətəndaş cəmiyyəti fəalı ilə müsahibəsində deyib.

Prezident vurğulayıb ki, ölkəsi Dini Lider Seyyid Əli Xamenei tərəfindən verilmiş fətvaya və öz dini inanclarına uyğun olaraq nüvə silahının hazırlanmasını qəbuledilməz hesab edir.

“Biz heç bir şəkildə nüvə silahı əldə etmək niyyətində deyilik və bunu təsdiqləməyə hazırıq. Lakin səhiyyə, kənd təsərrüfatı və sənaye kimi dinc sahələrdə istifadə edilən nüvə texnologiyasından imtina etməyi qəbul etmirik”, – deyə Pezeşkian bildirib.

Qeyd edək ki, 2025-ci ilin iyununda İsrail və ABŞ-ın İrana hücumları fonunda 12 gün davam edən qarşıdurma səbəbindən dayandırılan diplomatik proses son həftələr yenidən bərpa olunub. Danışıqların birinci mərhələsi Omanın paytaxtı Məsqətdə keçirilib, ikinci mərhələ isə Cenevrədə baş tutub.

İranın xarici işlər naziri Abbas Araqçı Cenevrə görüşlərinin yekunu ilə bağlı bildirib ki, tərəflər mümkün razılaşmanın əsas prinsipləri üzrə ümumi anlaşmaya gəliblər.