Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Qazaxıstanda rus dilinin istifadəsi ilə bağlı - Dəyişiklik

10 fev 2026, 11:18
Qazaxıstanda rus dilinin istifadəsi ilə bağlı - Dəyişiklik

Qazaxıstanın yeni Konstitusiya layihəsində rus dilinin istifadəsi ilə bağlı yer alan ifadə dəyişdirilib. 

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Konstitusiya Məhkəməsinin sədr müavini Bakıt Nurmuxanov bildirib. 

Onun sözlərinə görə, yeni Konstitusiyanın 9-cu maddəsində “bərabər” sözü “yanaşı” sözü ilə əvəz edilib. 

Qeyd edək ki, Qazaxıstanda yeni Konstitusiya layihəsi yanvarın 31-də açıqlanıb. Konstitusiyanın 9-cu maddəsi dövlət təşkilatlarında və yerli özünüidarəetmə orqanlarında rus dilinin qazax dili ilə birlikdə rəsmi dil kimi istifadəsini nəzərdə tutur.

Yeni layihəyə əsasən, rus dili artıq dövlət dili olan qazax dili ilə “bərabər” deyil, yalnız onunla “yanaşı” istifadə ediləcək. 

Yeni konstitusiya layihəsi dərc edildikdən sonra dillə bağlı maddədəki dəyişiklik ölkədə müzakirələrə səbəb olub. Qazax dilinin tətbiq sahəsinin genişləndirilməsinin tərəfdarı olan ictimai fəallar bu düzəlişə dəstək ifadə ediblər. Qazaxıstanda yaşayan rusdilli əhalinin bir qismi isə bu dəyişikliyin rus dilinin istifadəsinin tədricən azaldılmasına doğru addım ola biləcəyindən narahatdır.