Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Trampın xanımı ilə qızı arasında gərginlik

09 fev 2026, 17:46
Trampın xanımı ilə qızı arasında gərginlik

ABŞ-nin birinci xanımı Melaniya Tramp ilə ögey qızı, Prezident Donald Trampın böyük qızı İvanka Tramp arasında gərginlik yaranıb.

Liderxeber.az xəbər verir ki, bu barədə insayder Rob Şuter yazıb.

İnsayderin sözlərinə görə, Melaniya və İvanka Tramp arasında, demək olar ki, heç bir münasibət yoxdur.

“Onlar aralarında heç nəyi paylaşmır, bir-birinin işlərindən xəbər tutmur və əlbəttə ki, bir-birini dəstəkləmirlər... Onlar çox az danışırlar”, - Şuter iddia edir.

Bildirilir ki, münasibətlərin gərginləşməsinə İvankanın Melaniya haqqında sənədli filmi izləməməsi səbəb olub: “İvanka filmə baxmayıb və baxmaq niyyətində də deyil”.

İnsayder qeyd edib ki, İvankanın öz sənədli layihəsi olsaydı, nəticə oxşar olardı. “Çünki onların bir-birinin həyatına marağı yoxdur”, - o yazıb.

İvanka Melaniyanın filmində də görünmür. Mənbələr bunun qəsdən atılmış addım olduğunu iddia edirlər.

Bildirilir ki, Tramp ailəsinin iki xanımı arasında münasibətlər Donald Trampın birinci prezidentlik dövründə daha da pisləşib. Belə ki, həmin vaxt Melaniya Nyu-Yorkda oğlu Barron ilə məşğul olduğu zaman İvanka faktiki olaraq Vaşinqtonda birinci xanım rolunu öz üzərinə götürüb.

Qeyd edək ki, İvanka Tramp Donald Tramp və çexiyalı model İvana Trampın nikahından dünyaya gələn 3 uşaqdan biridir. Melaniya Tramp Donald Trampın üçüncü həyat yoldaşıdır. Cütlüyün Barren adlı bir oğulları var.