Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

“Epşteyn işi”nə görə AŞ-nin keçmiş baş katibinin immuniteti ləğv edilir

09 fev 2026, 11:06
“Epşteyn işi”nə görə AŞ-nin keçmiş baş katibinin immuniteti ləğv edilir

Norveçin Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin keçmiş baş naziri, Avropa Şurasının (AŞ) sabiq baş katibi Torbyorn Yaqlandın adının Epşteyn qalmaqalında hallanması ilə bağlı bəyanat yayıb.

Liderxeber.az xəbər verir ki, bununla bağlı qərarın icrası üçün T.Yaqlandın Avropa Şurasının sabiq baş katibi kimi sahib olduğu immunitetin ləğv edilməsi məqsədilə Norveçin Xarici İşlər Nazirliyi tərəfindən AŞ-nin Nazirlar Komitəsinə müraciət ediləcək.

Bununla əlaqədar, Norveçin AŞ yanında daimi nümayəndəsi Vebyorn Heynesin həmkarlarına işçi qaydada verdiyi məlumata əsasən, sabiq AŞ Baş katibinin immunitetinin ləğv edilməsi ilə bağlı müvafiq qərar layihəsinin AŞ Nazirlər Kabinetinin fevralın 11-də keçiriləcək iclasının gündəliyinə daxil edilməsi planlaşdırılır.

Qeyd edək ki, T.Yaqland AŞ Baş katibi olduğu dövrdə qatı anti-Azərbaycan mövqeyi ilə seçilib və ölkəmizə qarşı qərəzli addımların əsas təşəbbüskarlarından biri olub.