Son Xəbərlər
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair

Klintonlar Epşteyn istintaqında ifadə verməyə razılaşdılar

03 fev 2026, 09:00
Klintonlar Epşteyn istintaqında ifadə verməyə razılaşdılar

Keçmiş ABŞ Prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton Ceffri Epşteynlə bağlı Nümayəndələr Palatasında aparılan istintaq çərçivəsində ifadə verməyə hazır olduqlarını bildiriblər.

Liderxeber.az xəbər verir ki, Klintonların vəkilləri Komitəyə göndərdikləri məktubda cütlüyün qarşılıqlı razılaşdırılmış tarixlərdə ifadə verəcəyini qeyd edib və Konqresə hörmətsizlik prosedurunun dayandırılmasını istəyiblər.

Lakin Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri, Respublikaçı Ceyms Komer hələlik yazılı razılaşmanın olmadığını bildirərək, təklifi qəbul etməyib. O vurğulayıb ki, Klintonlar çağırış vərəqələrinin şərtlərini diktə edə bilməz və hər iki şəxs Komitə qarşısında and içərək ifadə verməlidir.

Qeyd edək ki, bundan əvvəl Klintonlar milyarder Ceffri Epşteynlə bağlı aparılan Konqres istintaqı çərçivəsində ifadə verməkdən imtina etmişdilər.