Son Xəbərlər
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti

Türkiyədə bu ödənişlər qadağan edildi

30 yan 2026, 10:05
Türkiyədə bu ödənişlər qadağan edildi

Türkiyədə restoran, kafe, şirniyyat mağazası, eləcə də, digər qida və içki müəssisələrində istehlakçılardan xidmət haqqı, masa haqqı, örtük haqqı və ya oxşar adlarla əlavə ödənişlərin tələb edilməsi qadağan olunub.

Liderxeber.az xəbər verir ki, bu qərar Türkiyə Ticarət Nazirliyi tərəfindən hazırlanmış “Qiymət etiket qaydalarında dəyişiklik edilməsinə dair Qayda”nın qüvvəyə minməsi ilə rəsmiləşib.

Yeni qaydalara əsasən, Türkiyədə fəaliyyət göstərən qida və içki müəssisələri menyuda göstərilən qiymətlərdən əlavə olaraq istehlakçılardan heç bir məcburi ödəniş tələb edə bilməz.

Dəyişiklik qiymət şəffaflığının artırılmasını və istehlakçı hüquqlarının daha effektiv qorunmasını məqsəd qoyur.

Qaydalara əməl etməyən müəssisələr barəsində mövcud qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görüləcək.