Son Xəbərlər
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı

“İsrailin İrana hücum edəcəyinə dair ciddi əlamətlər var” - XİN rəhbəri xəbərdarlıq etdi

24 yan 2026, 08:55
“İsrailin İrana hücum edəcəyinə dair ciddi əlamətlər var” - XİN rəhbəri xəbərdarlıq etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV telekanalına verdiyi müsahibədə İranla bağlı kritik bəyanatlar səsləndirib.

Liderxeber.az xəbər verir ki, nazir xüsusilə İran və İsrail arasındakı gərginliyə toxunaraq, vəziyyətin təhlükəli həddə çatdığını bildirib.

O, İsrailin hərbi planları barədə də xəbərdarlıq edib:

“İsrailin İrana hücum edəcəyinə dair ciddi əlamətlər var”.

İrandakı daxili vəziyyəti də şərh edən XİN rəhbəri ölkənin böyük iqtisadi böhranla üz-üzə olduğunu xatırladaraq, sözügedən etirazların bəzi xarici dairələr tərəfindən yanlış yozulduğunu vurğulayıb:

“İctimaiyyətin iqtisadi problemlərə reaksiyasını hakimiyyətə qarşı üsyan kimi şərh etmək dəqiq bir təhlil olmaya bilər. Etirazlar səmimidir, lakin nəticə başqalarının gözlədiyi kimi olmayacaq”.

Nazir bölgədə yeni bir müharibənin tərəfdarı olmadıqlarını və gərginliyi azaltmaq üçün fəal çalışdıqlarını qeyd edib:

“ABŞ-nin İrana müdaxilə ehtimalı barədə şayiələrin yayıldığı kritik gecədə intensiv telefon danışıqları apardıq. Ümid edirəm ki, Tehran mövcud problemlərdən çıxış yolu tapacaq və region böyük bir münaqişədən yayına biləcək”.