Son Xəbərlər
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı

Dünyanın ən bəsit dərmanıdır - Amma bu ölkədə böhrana səbəb oldu

24 yan 2026, 09:17
Dünyanın ən bəsit dərmanıdır - Amma bu ölkədə böhrana səbəb oldu

Böyük Britaniya hökuməti ölkə daxilində dərman təminatını qorumaq üçün aspirini ixracı qadağan olunan preparatlar siyahısına daxil edib.

Liderxeber.az xəbər verir ki, insult və infarkt riskinin azaldılmasında mühüm rol oynayan bu dərmana çıxışda ciddi problemlər yaranıb.

Çatışmazlığın əsas səbəbi istehsal gecikmələri ilə izah olunur.

Təxminən 11 min apteki təmsil edən təşkilatların məlumatına görə, apteklərin 86 faizi son bir həftə ərzində xəstələrini aspirinlə təmin edə bilməyib. Çatışmazlıq xüsusilə ürək-damar xəstəliklərində istifadə olunan 75 mq-lıq aşağı dozalı aspirin tabletlərini əhatə edir.

Qiymət artımı da problemi dərinləşdirib. Keçən ilin əvvəlində 18 pens olan bir paket aspirinin qiyməti 3,90 funt sterlinqə yüksəlib. Milli Səhiyyə Sistemi (NHS) isə apteklərə hər paket üçün cəmi 2,18 funt sterlinq geri ödəyir ki, bu da apteklərin zərərlə satış etməsinə səbəb olur.

Əczaçı təşkilatları böhranın aradan qaldırılması üçün hökumətdən təcili tənzimləmə dəyişiklikləri tələb edirlər.