Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

500 milyona satılan nefti onlar alıbmış

16 yan 2026, 15:51
500 milyona satılan nefti onlar alıbmış

ABŞ-nin Venesuela neftinin ilk partiyasını 500 milyon dollara satdığı şirkətlərin adları məlum olub. 

Liderxeber.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri məlumat yayıb. 

Bildirilir ki, Venesuela neftinin ilk partiyası “Vitol” treyder şirkətinə satılıb. 250 milyon dollarlıq sövdələşmə ABŞ administrasiyasının 50 milyon barrelə qədər Venesuela xam neftinin satılmasına dair planın bir hissəsidir. Bu şirkətin baş treyderi olan Con Eddisonun ABŞ Prezidenti Donald Trampı dəstəkləyən siyasi komitələrə təxminən altı milyon dollar ianə ayırdığı məlumdur. 

Xammalın qalan hissəsini isə təxminən eyni qiymətə böyük treydinq şirkəti olan “Trafigura” alıb. ABŞ-nin Energetika Nazirliyi bu şirkətlərin seçilməsini onların neft üçün ilk ödənişləri operativ şəkildə etməyə hazır olması ilə izah edib.

Xatırladaq ki, ötən gün ABŞ-nin Venesueladan müsadirə edilən neftin ilk partiyasını 500 milyon dollara satdığı barədə xəbər yayılmışdı.