Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

ABŞ 75 ölkəyə viza verilişini dayandırdı - Siyahı - Yenilənib

15 yan 2026, 08:53
ABŞ 75 ölkəyə viza verilişini dayandırdı - Siyahı - Yenilənib

ABŞ Dövlət Departamenti milli təhlükəsizlik tədbirləri çərçivəsində aralarında Rusiya və İranın da olduğu onlarla ölkənin vətəndaşları üçün viza verilməsini müvəqqəti olaraq dayandırıb.

Liderxeber.az xəbər verir ki, “Fox News” telekanalı Dövlət Departamentinin məxfi memorandumuna istinadən bu barədə məlumat yayıb.

Sənədə əsasən, konsulluq işçilərinə viza müraciətlərini ərizəçilərin yoxlanılması və yeni seçim prosedurları tamamlanana qədər dərhal rədd etmək tapşırılıb.

Siyahıda cəmi 75 ölkənin adı keçir. Bunların arasında Rusiya, İran, Əfqanıstan, Somali, İraq, Misir, Nigeriya, Braziliya, Tailand və Yəmən kimi ölkələr xüsusi qeyd olunub. Qərara əsasən, bu ölkələrin vətəndaşlarına immiqrasiya vizalarının verilməsi qeyri-müəyyən müddətə dondurulub.

Xatırladaq ki, Dövlət Departamentinin bu addımı 2026-cı ilin yanvarından etibarən Tramp administrasiyasının tətbiq etdiyi genişləndirilmiş “Səyahət Qadağası” (Travel Ban) siyasətinin bir hissəsidir.

***

ABŞ-nin miqrasiya vizalarını verməyi dayandırdığı 75 ölkənin adları açıqlanıb.

Həmin ölkələr aşağıdakılardır:

Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Birma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Konqo Demokratik Respublikası, Konqo Respublikası, Kuba, Dominikan, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Kot d’İvuar, Yamayka, İordaniya, Qazaxıstan, Kosovo, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Rusiya, Ruanda, Sent Kitts və Nevis, Sent Lusiya, Sent Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən.