Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

“Tramp administrasiyasını İrana hücumdan çəkindirməyə çalışırlar”

14 yan 2026, 08:21
“Tramp administrasiyasını İrana hücumdan çəkindirməyə çalışırlar”

“Körfəz ölkələri ABŞ Prezidenti Donald Trampın administrasiyasını İrana mümkün hərbi müdaxilədən imtina etməyə razı salmağa çalışır”.

Liderxeber.az-ın məlumatına görə, bu barədə “Wall Street Journal” (WSJ) qəzetinin adının açıqlanmasını istəməyən mənbələrə istinadən yaydığı xəbərdə deyilir.

Məlumata əsasən, bu səylərə Səudiyyə Ərəbistanı rəhbərlik edir. Körfəz ölkələrinin rəsmiləri bildiriblər ki, Səudiyyə Ərəbistanı, Oman və Qətər Vaşinqtona İranla mümkün qarşıdurmanın qlobal neft bazarlarında ciddi sarsıntılara səbəb ola biləcəyi və nəticə etibarilə ABŞ iqtisadiyyatına da zərər dəyəcəyi barədə xəbərdarlıq edir.

Bundan başqa, Körfəz ölkələri mümkün hücumların Hörmüz boğazından keçən neft tankerlərinin hərəkətinə mane ola biləcəyindən və regionda sabitliyin pozulacağından narahatdırlar.

Səudiyyəli rəsmilərin bildirdiyinə görə, Riyad İrana qarşı hər hansı münaqişədə iştirak etməyəcəyinə və ABŞ-nin hava məkanından hücum məqsədilə istifadəsinə icazə verməyəcəyinə dair təminat verib.

Ağ Ev rəsmilərinin açıqlamasına görə, Prezident Tramp İranla bağlı atılacaq addımlar barədə hələ yekun qərar verməyib. Onun bu məsələni müşavirləri ilə müzakirə etdiyi və müxtəlif variantları dəyərləndirdiyi bildirilir.

Bildirilir ki, müzakirə olunan variantlar arasında İrana məxsus obyektlərə zərbələr endirilməsi, kiberhücumlar, yeni sanksiyaların tətbiqi və rejim əleyhinə sosial media hesablarının dəstəklənməsi də yer alır.

Qeyd edək ki, 2025-ci il dekabrın 28-də İranın milli valyutasının kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehranın Böyük Bazarı ərazisində başlayan etiraz aksiyaları ölkənin bir çox şəhərinə yayılıb.

İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) son hesabatına görə, etirazlar zamanı ölənlərin sayı 147 təhlükəsizlik əməkdaşı və 2 403 etirazçı olmaqla, ümumilikdə 2 550 nəfərə çatıb.

İran hakimiyyəti etirazlar zamanı ölən və yaralananlarla bağlı hələlik rəsmi açıqlama verməyib.