Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Hədələdiyi prezidentlə görüşəcək

08 yan 2026, 09:05
Hədələdiyi prezidentlə görüşəcək

ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə Ağ Evdə görüşəcək.

Liderxeber.az xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.

“Kolumbiya Prezidenti Qustavo Petro ilə danışmaq mənim üçün böyük şərəf idi. O, narkotik və digər fikir ayrılıqları ilə bağlı vəziyyəti izah etmək üçün zəng etdi.

Onun zəngini və üslubunu yüksək qiymətləndirdim. Yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözləyirəm.

Dövlət katibi Marko Rubio ilə Kolumbiyanın xarici işlər naziri arasında razılaşmalar əldə edilir. Görüş Vaşinqtonda, Ağ Evdə keçiriləcək”, - o qeyd edib.

Xatırladaq ki, ABŞ lideri yanvarın 3-də keçirdiyi mətbuat konfransında Kolumbiya rəhbərini hədələmişdi. “Kolumbiya Prezidenti Qustavo Petronun kokain istehsal edən fabrikləri var. O, kokain istehsal edir və onu ABŞ-yə göndərir. O, diqqətli olmalıdır”, - deyə o bildirmişdi.