Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Süni intellektə görə nikahları ləğv edildi

08 yan 2026, 09:09
Süni intellektə görə nikahları ləğv edildi

Niderlandda məhkəmə nikah mərasimində məmurun süni intellekt vasitəsilə hazırladığı nitqdə qanunla tələb olunan məcburi bəyanatların yer almaması səbəbindən evliliyi etibarsız hesab edib.

Liderxeber.az-ın xəbərinə görə, Zvolle Məhkəməsinin 6 yanvarda dərc olunan qərarında bildirilib ki, 19 aprel 2025-ci ildə Zvolle şəhərində keçirilən nikah mərasimində nikah məmuru toy nitqini süni intellektin köməyi ilə hazırlayıb.

Qərarda qeyd olunur ki, cütlüyün tanışı olan və nikahı rəsmiləşdirmək üçün təyin edilən məmur mərasimin “daha səmimi” keçməsi məqsədilə cütlüyün xahişi ilə nitqi süni intellektə hazırladıb. Lakin mərasim zamanı səsləndirilən bəyanatların qanunvericilikdə nəzərdə tutulan məcburi hüquqi elementləri ehtiva etmədiyi qənaətinə gəlinib.

Məhkəmə qərarında vurğulanıb ki, mərasimdə Zvolle Bələdiyyəsinin rəsmi nikah məmuru da iştirak edib, lakin prosesə heç bir müdaxilə etməyib.

Qərarda deyilir ki, cütlük 20 avqust tarixində məhkəməyə müraciət edərək baş verən səhvin onların məsuliyyətində olmadığını, nikahın qanuni qaydada bağlandığına inandıqlarını bildirib və evliliklərinin etibarlı hesab edilməsini tələb edib.

İşdə iştirak edən Zvolle Bələdiyyəsinin nikah məmurunun da prokurorluğun mövqeyini dəstəklədiyi qeyd olunan qərarda belə deyilir:

“Məhkəmə nikah qeydiyyatında göstərilən nikah tarixinin cütlük üçün daşıdığı əhəmiyyəti anlayır, lakin qanunda nəzərdə tutulan tələblərdən kənara çıxa bilməz”

Məhkəmə qərarına əsasən, Niderland Mülki Məcəlləsinin 1/67-ci maddəsinə görə, evlənən şəxslər nikah məmuru və şahidlərin iştirakı ilə bir-birlərini həyat yoldaşı kimi qəbul etdiklərini və evlilik statusu ilə bağlı bütün öhdəlikləri sadiqliklə yerinə yetirəcəklərini açıq şəkildə bəyan etməlidirlər.