Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Məşhur aktrisanın ölüm səbəbi məlum oldu

07 yan 2026, 15:54
Məşhur aktrisanın ölüm səbəbi məlum oldu

Fransalı məşhur aktrisa Bricit Bardonun ölüm səbəbi məlum olub. 

Liderxeber.az “Paris Match” nəşrinə istinadən xəbər verir ki, bu barədə aktrisanın həyat yoldaşı Bernar d'Ormal açıqlama verib. 

Onun sözlərinə görə, həyat yoldaşı ölümündən əvvəl bədxassəli şişlərin çıxarılması ilə bağlı keçirdiyi əməliyyatlar səbəbindən zəifləyib: “Xərçəng xəstəliyi ilə əlaqəli iki əməliyyat nəticəsində fiziki cəhətdən zəifləyən və bel nahiyəsində güclü ağrılar hiss edən Bricit Bardo sonda həyat əzmini itirdi”. 

Kino əfsanəsi ömrünün son günlərini San-Tropedə öz evində həyat yoldaşı ilə yanaşı, pişik və itlərinin əhatəsində keçirib. D'Ormal bildirib ki, ona həyat yoldaşına qulluq etməkdə tibb bacıları da kömək edib.

Xatırladaq ki, Fransa kinosunun ən məşhur simalarından olan Bricit Bardo ötən il dekabrın 28-də 91 yaşında vəfat edib.