Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Maduronun oğlundan emosional çıxış

06 yan 2026, 14:01
Maduronun oğlundan emosional çıxış

Venesuelanın ələ keçirilərək ölkədən çıxarılan Prezidenti Nikolas Maduronun oğlu, parlamentin üzvü Nikolas Maduro Qerra atası haqqında danışıb. 

Liderxeber.az xəbər verir ki, onun parlamentdəki çıxışı emosional anlarla yadda qalıb. 

O, atası ilə bağlı baş verənlər haqqında danışarkən bildirib ki, dövlət başçısının oğurlanması xarici qüvvələrə tabe olmaqdan imtina edən bütün ölkələrin təhlükəsizliyinə təhdid yaradır.

“Əgər biz dövlət başçısının oğurlanmasını normal hala çevirsək, heç bir ölkə təhlükəsizlikdə olmayacaq. Bu gün Venesueladır, sabah tabe olmayan istənilən ölkə ola bilər”, - oğlu bildirib. 

Daha sonra o, atasına müraciət edib: “Sən ailəmizdə hər kəsi güclü insanlara çevirdin. Biz buradayıq və sən qayıdana qədər öz vəzifəmizi yerinə yetiririk. Ölkə etibarlı əllərdədir, ata. Biz tezliklə burada, Venesuelada səninlə qucaqlaşacağıq. Sən də oğlanlarını görəcəksən, Siliya!”, - Nikolas Maduro Qerra deyib.

Oğul Nikolas Maduro həmçinin ölkənin müvəqqəti prezidenti Delsi Rodrigezə özü və ailəsi adından dəstək ifadə edib. 

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək ölkədən çıxarılıb.