Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Andiçmədən sonra bu fərmanı imzaladı - 27 il sonra ilk

06 yan 2026, 08:45
Andiçmədən sonra bu fərmanı imzaladı - 27 il sonra ilk

Yanvarın 3-də ABŞ-nin Venesuelaya hərbi müdaxiləsindən sonra müvəqqəti prezident kimi and içən Delsi Rodrigez vəzifəsinin icrasına sərt qərarla başlayıb.

Liderxeber.az xəbər verir ki, onun imzaladığı ilk fərman ABŞ müdaxiləsini dəstəkləyən və ya təşviq edən şəxslərin həbs olunmasını və məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.

Fərmanla Venesuelada rəsmi olaraq fövqəladə vəziyyət elan edilib. Sənəddə ABŞ-nin ölkə ərazisinə silahlı müdaxiləsini dəstəklədiyi müəyyən edilən şəxslərə qarşı təhlükəsizlik qüvvələrinə geniş səlahiyyətlər verilir.

Fərmana əsasən, milli, ştat və bələdiyyə səviyyəsində fəaliyyət göstərən bütün hüquq-mühafizə orqanlarına ABŞ müdaxiləsini təşviq edən və ya dəstəkləyən şəxsləri dərhal müəyyənləşdirmək, saxlamaq və hüquqi məsuliyyətə cəlb etmək tapşırılıb.

Dş.odrigez mərasimdəki çıxışında ABŞ-ni kəskin tənqid edib. O, Nikolas Maduro və birinci xanım Siliya Floresin qaçırıldığını bildirərək, baş verənləri “qanunsuz hərbi hücum” kimi dəyərləndirib.

“Xalqım üçün bir an belə dayanmayacağam”, - deyən Rodrigez Venesuela xalqının sülhü və rifahı naminə fasiləsiz çalışacağını vurğulayıb.

Fövqəladə vəziyyət rejimi çərçivəsində imzalanan fərman 90 gün müddətində qüvvədə olacaq. Rəsmilər zərurət yarandığı təqdirdə bu müddətin daha 90 gün uzadıla biləcəyini bildiriblər.

Qeyd edək ki, bu fərman 1999-cu il Konstitusiyasında milli təhlükəsizliyə ciddi təhdid yarandığı hallarda dövlət başçısına fövqəladə səlahiyyətlər verən maddənin ilk dəfə tətbiq olunması ilə diqqət çəkir.