Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Türkiyədə müəllimlərlə bağlı araşdırma - Aralarında azərbaycanlı da var

24 dek 2025, 16:23
Türkiyədə müəllimlərlə bağlı araşdırma - Aralarında azərbaycanlı da var

Türkiyənin Təhsil Nazirliyi müəllimlərlə bağlı daxil olan çoxsaylı şikayətlərdən sonra araşdırmalara başlayıb.

Liderxeber.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, araşdırma şagirdlərlə çəkdikləri videoları sosial şəbəkələrdə paylaşaraq məşhurlaşan müəllimlərlə bağlıdır. 

Nazirlik 81 vilayətdən çoxsaylı izləyicisi olan müəllimlərin adları, işlədikləri məktəblər, istifadə etdikləri sosial media platformaları və istifadəçi adları haqqında məlumatların göndərilməsini tələb edib. Bildirilib ki, məqsəd müəllimlərin sosial mediadan istifadəsini əngəlləmək deyil, məktəb və sinif mühitində çəkdikləri videoların istifadəsinin və məktəblərin daxili konfidensiallığının pozulmasının qarşısını almaqdır. 

Məlumata görə, sözügedən müəllimlərə qarşı xəbərdarlıqdan işdən çıxarmağa qədər müxtəlif cəzalar tətbiq oluna bilər.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyədə çalışan azərbaycanlı ingilis dili müəllimi Səma İbrahimovanın dərs zamanı geyindiyi geyim sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

S.İbrahimovanın paylaşdığı videonu izləyən bəzi istifadəçilər müəllimin geyiminin normal olduğunu bildirsələr də, digərləri belə geyimdə dərs keçməyin düzgün olmadığını vurğulayıb. Onlar paylaşıma “Bu biabırçılığa baxın, gecəlikdə dərsə gəlib”, “İnsan öz peşəsinə dəyər verməlidir”, “Məktəb rəhbərliyi buna necə icazə verib?”, - kimi şərhlər yazıblar. Narazılıq ifadə edən istifadəçilərin bir qismi Türkiyənin təhsil naziri Yusuf Tekinin adını “tag” edərək məsələ ilə bağlı tədbir görməyə çağırıblar.