Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Avstraliyada şovinizmə görə ilk dəfə əcnəbinin vizası ləğv edildi

24 dek 2025, 10:33
Avstraliyada şovinizmə görə ilk dəfə əcnəbinin vizası ləğv edildi

Avstraliya etnik zəmində nifrəti qızışdırdığına və nasist simvollarının nümayişinə görə ilk dəfə olaraq əcnəbinin ölkəyə giriş vizasını ləğv edib.

Liderxeber.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Toni Börk ABC açıqlamasında bildirib.

Nazir bildirib ki, yəhudi icmasına nifrətə əsaslanan nasistyönlü ideoloji görüşlərin daşıyıcısı olan 43 yaşlı Britaniya vətəndaşının vizası ləğv ediləcək və o, Avstraliyadan deportasiya olunacaq:

"Bizim ölkəmizə gələnlərin demək olar hamısı yaxşı insandır və arzuolunan şəxsdir, lakin bura nifrəti qızışdırmaq üçün gələn hər kəs getməlidir".

Avstraliya Federal Polisi Britaniya vətəndaşını federal qanunları pozan paylaşımlar yaymaq məqsədi ilə iki "X" sosial şəbəkə hesabından istifadə etdiyi üçün saxlayıb. O, qadağan olunmuş nasist simvollarının nümayişində, hədə-qorxu gəlməkdə və yəhudi icmasının üzvlərini internetdə təqib etməkdə ittiham olunur.