Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Türkiyənin Suriyadakı səfiri fəaliyyətinə başlayır - 13 il sonra

22 dek 2025, 13:09
Türkiyənin Suriyadakı səfiri fəaliyyətinə başlayır - 13 il sonra

Türkiyənin Suriyaya təyin etdiyi səfir Nuh Yılmaz bu gün vəzifəsinin icrasına başlayır.

Liderxeber.az “Türkiye” nəşrinə istinadən xəbər verir ki, müvəqqəti işlər vəkili Burhan Köroğlunun səlahiyyət müddətinin başa çatması ilə rəsmi Ankara 13 ildən sonra yenidən Dəməşqdə səfir səviyyəsində təmsil olunacaq. 

Qeyd edək ki, Nuh Yılmaz bu ilin oktyabr ayında Suriyaya səfir təyin olunub. 2013-cü ildə Türkiyənin Milli Kəşfiyyat Təşkilatında xidmətə başlamış N.Yılmaz 2023-cü ilədək orada hazırkı xarici işlər naziri Hakan Fidan ilə birlikdə çalışıb. O, 2023-cü ildən etibarən xarici işlər nazirinin baş müşaviri və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri vəzifələrini tutub. Yeni səfir 2024-cü ilin may ayından xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.