Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Moskvada general avtomobilində partladılaraq öldürüldü - Fotolar

22 dek 2025, 12:00
Moskvada general avtomobilində partladılaraq öldürüldü - Fotolar

Bu gün səhər saatlarında Moskvada avtomobilin altına quraşdırılmış partlayıcı qurğu partladılıb.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko açıqlayıb.

Onun sözlərinə görə, Yasenevaya küçəsində qeydə alınan hadisə zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov həlak olub. 

Faktla bağlı araşdırma başladılıb. 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 56 yaşlı Fanil Sarvarov 2016-cı ildə həmin vəzifəyə təyin edilib. O, 1992-2003-cü illərdə Çeçenistanda hərbi əməliyyatlarda iştirak edib, 2015-2016-cı illərdə isə Suriyada xidmət aparıb.