Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Süni intellektin yüksəlişi pik həddə çatır? - Analitiklər xəbərdarlıq edirlər

22 dek 2025, 09:09
Süni intellektin yüksəlişi pik həddə çatır? - Analitiklər xəbərdarlıq edirlər

"Epoch AI" tədqiqatçıları süni intellektin tətbiqi ilə bağlı analitik hesabat dərc ediblər.

Liderxeber.az bu barədə haber.com-a istinadən xəbər verir.

Hesabata əsasən, süni intellekt çatbotları tarixdəki istənilən texnologiyadan - internetdən, smartfonlardan və sosial şəbəkələrdən daha sürətlə yayılır.

Qeyd edilir ki, "ChatGPT" 2024-cü ilin əvvəlində təxminən 100 milyon həftəlik aktiv istifadəçidən 2025-ci ilin sonuna doğru 900 milyon istifadəçiyə qədər böyüyüb.

"OpenAI"nin gəliri illik 21 milyard dollar trayektoriyasındadır. Analoji mərhələdə istər "Google", istərsə də "Uber" bu qədər sürətlə artım nümayiş etdirməyib.

Lakin 2025-ci ilin payızından etibarən "ChatGPT"nin artım tempi zəifləməyə başlayıb. Sentyabr ayından bəri veb-sayta trafik demək olar ki, artmır, istifadəçi artımı isə azalır. Bunun müvəqqəti hal olduğu, yoxsa yeni bir trendin başlanğıcı olduğu hələlik aydın deyil, lakin "Epoch AI" bütün sənaye üzrə artım drayverlərinin dəyişdiyini vurğulayır.