Son Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.

“Ukraynada prezident seçkilərinin vaxtı çatıb” - Tramp

09 dek 2025, 15:53
“Ukraynada prezident seçkilərinin vaxtı çatıb” - Tramp

“Ukraynada yeni prezident seçkiləri keçirməyin vaxtı çatıb”.

Liderxeber.az xəbər verir ki, bunu “Politico”ya müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.

Müsahibə zamanı jurnalist Trampa Ukraynada prezident seçkilərinin keçirməyin zamanının yetişib-yetişmədiyi ilə bağlı sual ünvanlayıb. O isə cavabında bildirib:

“Bəli, mən belə düşünürəm. Artıq çox vaxt keçib. Hesab edirəm ki, zamanı yetişib. Onlar müharibə bəhanəsi ilə seçkilər keçirmirlər. Zənnimcə, ukraynalıların seçim şansı olmalıdır”.

Xatırladaq ki, Volodimir Zelenski 2019-cu il mayın 20-dən Ukrayna prezidentidir. Onun 5 illik səlahiyyət müddəti 2024-cü il mayın 21-də başa çatıb. Ölkədə hazırda hərbi vəziyyət rejimi qüvvədə olduğundan seçkilər təşkil edilməyib. Ukraynada hərbi vəziyyət rejimi isə 2022-ci ilin fevralında elan edilib və həmin tarixdən müddəti mütəmadi olaraq uzadılır.

Onu da qeyd edək ki, Zelenski daha əvvəl müharibə başa çatdıqdan sonra dövlət başçısı postunu tərk etməyə hazır olduğunu bildirmişdi