Son Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.

Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

09 dek 2025, 09:17
Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli – “Nubia M153” ictimaiyyətə təqdim edilib.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz “Doubao Mobile Assistant” adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerinə yetirir.

Restoranda masa sifariş etməkdən tutmuş fotolara düzəliş etməyə qədər müxtəlif gündəlik əməliyyatlar yalnız danışmaqla icra oluna bilir.

Smartfon müvəqqəti olaraq prototip kimi təqdim olunub və yalnız onlayn sifarişlə əldə edilir. Çin bazarında ona böyük maraq göstərilməsinin səbəbi, əsasən, texniki göstəricilər yox, cihazın təqdim etdiyi proqram təminatı imkanlarıdır. Model 3499 yuana (təxminən 494 dollar) satılır.

Qeyd olunub ki, “Doubao Mobile Assistant” platforması “ByteDance” və ZTE şirkətlərinin birgə əməkdaşlığı nəticəsində hazırlanıb.