Son Xəbərlər
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,

Belçikanın baş naziri: "Rusiyanın məğlub olacağına heç kim inanmır"

04 dek 2025, 09:26
Belçikanın baş naziri: "Rusiyanın məğlub olacağına heç kim inanmır"

"Rusiyanın Ukrayna ilə münaqişədə məğlub olacağına Qərbdə əslində heç kim inanmır".

Liderxeber.az xəbər verir ki, bunu Belçikanın Baş naziri Bart de Vever "La Libre" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, başqa ölkənin dondurulmuş aktivlərinin müsadirə edilməsi heç vaxt baş verməyib. Baş nazir xatırladıb ki, hətta İkinci Dünya müharibəsi zamanı Almaniyanın pulları müsadirə edilməyib, yalnız dondurulub:

"Müharibə başa çatanda məğlub olan dövlət aktivlərindən tamamilə və ya qismən imtina etməlidir ki, qələbə qazananlara ziyanı kompensasiya etsin. Amma əslində kim inanır ki, Rusiya Ukraynada məğlub olacaq? Bu nağıldır, tam xülyadır".

Vever Rusiyanın məğlubiyyətini "arzuolunmaz" adlandırıb. O vurğulayıb ki, dünyanın nüvə silahına malik ölkədə qeyri-sabitliyin hökm sürməsinə ehtiyacı yoxdur.