Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Tramp və Maduronun telefon danışığının detalları məlum olub: Venesuela prezidentinə ölkəni tərk etməsi üçün vaxt qoyulub

02 dek 2025, 12:07
Tramp və Maduronun telefon danışığının detalları məlum olub: Venesuela prezidentinə ölkəni tərk etməsi üçün vaxt qoyulub

ABŞ Prezidenti Donald Tramp noyabrın 21-də baş tutan telefon danışığı zamanı Venesuela Prezidenti Nikolas Madurodan bir həftə ərzində ölkəsini tərk etməsini tələb edib.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat verib.

Məlumata görə, liderlər arasında söhbət 15 dəqiqədən az davam edib. Söhbət zamanı Tramp Maduroya ailəsi ilə birlikdə Venesuelanı tərk etmək və öz seçiminə görə istədiyi yerə getmək üçün bir həftə vaxtı olduğunu bildirib. Bu müddət isə noyabrın 28-də başa çatıb. Bununla bağlı olaraq Tramp noyabrın 29-da "Truth Social"da yazıb ki, bütün aviaşirkətlər, pilotlar, narkotik və insan alverçiləri Venesuela üzərindəki hava məkanını və onun ətrafını tamamilə bağlanmış hesab etməlidirlər.

Agentliyin məlumatına görə, Maduro Trampla söhbətində ailə üzvləri ilə birlikdə ölkəni tərk etməyə hazır olduğunu bildirib, lakin bir şərtlə ki, onlar barəsində bütün ABŞ sanksiyalarının ləğvi də daxil olmaqla, tam hüquqi amnistiya elan edilsin. Eyni zamanda, iddia edilir ki, Maduro, həmçinin Beynəlxalq Cinayət Məhkəməsində ona qarşı aparılan proseslərin dayandırılmasını və 100 Venesuela rəsmisinə qarşı ABŞ sanksiyalarının ləğv edilməsini də tələb edib. Bundan əlavə o vurğulayıb ki, yeni seçki keçirilənə qədər respublikanın keçid hökumətinə Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriges rəhbərlik etməlidir. Mənbələrin sözlərinə görə, Tramp Maduronun tələblərinin əksəriyyətini rəd edib. Agentliyin məlumatına görə, Maduronun Venesuelanı mümkün tərk etməsi ilə bağlı danışıqlar davam edə bilər.

Noyabrın 30-da Tramp Maduro ilə danışdığını təsdiqləyib, lakin təfərrüat verməyib. Elə həmin gün o bildirib ki, Venesuela hava məkanı ilə bağlı verdiyi açıqlamanı ABŞ hərbçilərinin Venesuela ərazisinə zərbə endirmə ehtimalının göstəricisi kimi qəbul etmək lazım deyil.