Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Çay deyil, meyvədir

26 noy 2025, 11:02
Çay deyil, meyvədir

Berqamot çay kimi tanınsa da, əslində, onun sitrus bitkisi olduğundan çoxları xəbərsizdir. Bir versiyaya görə, onu seleksiya nəticəsində əldə ediblər. Başqa bir versiyaya görə, berqamot hibrid deyil, portağalın mutasiyası nəticəsində yaranmış meyvədir.

Liderxeber.az xəbər verir ki, berqamot İtaliyanın Kalbriya əyalətində yetişdirilməyə başlanılmışdı. Onun adı ətrafında plantasiyalar salınmış Berqamo şəhərinin şərəfinə verilib. İtaliyanın cənubunda iqlim isti və rütubətli olduğuna görə bitkini orada becərirlər.

Berqamot ağacı 10 metr hündürlüyə qədər uzanır, budaqları tikanlı olsa da, çiçəklərinin gözəl görünüşü var və olduqca xoş ətrə malikdir. Digər sitruslar kimi meyvələri payızın əvvəlindən qışa qədər yetişir, yaşıl rəngli meyvəsinin eninə kəsiyi limon və ya portağala oxşayır. Onu efir yağı istehsal etdiyinə görə yetişdirirlər. Meyvənin qabığından başqa çiçək, cavan yarpaq və zoğlarından da yağ almaq olur.

Hələ XII əsrdə antibiotiklər kəşf olunmazdan əvvəl alman həkimləri ondan dərinin infeksiya və iltihabi xəstəliklərində antiseptik vasitə kimi istifadə edirdilər. Çox ciddi zədələr zamanı meyvələr yarıya bölünərək yaranın üzərinə bağlanırdı.

Müasir dövrdə berqamotdan virus və soyuqdəymə əleyhinə, immun sistemini möhkəmləndirmək üçün istifadə olunur. Onun qəbulu mədə-bağırsaq spazmını azaldır, həzmi yaxşılaşdırır, sinir sisteminə sakitləşdirici təsir göstərir. Berqamotla dəmlənilən çayın içilməsi dərinin təmizlənməsi və piqment ləkələrinin azalmasına, yerli istifadəsi isə dəri tonusunun artması və məsamələrinin yığılmasına səbəb olur. Bitkinin qabığını əllə sıxanda ondan açıq zümrüdü-yaşıl rəngdə yağ xaric olunur. Əllə sıxılaraq alınan yağ ən keyfiyyətli hesab olunur və 100 ədəd meyvənin sıxılması nəticəsində 900 ml-ə qədər efir yağı almaq olur.

Berqamot yağı dəri infeksiyalarının, sızanaqların, yağlı dəri və saçların müalicəsində, həşərat sancmalarında istifadə edilir, dərinin stress vəziyyətlərinə qarşı müqavimətini artırır. Onun əsasında hazırlanan ətirlərin əhval-ruhiyyəni yaxşılaşdırması hipotalamusun emosiyalara cavabdeh sahəsini oyandırması ilə izah olunur.

Berqamotun efir yağı ilə zənginləşdirilmiş sabun və duş gelləri səhər oyanışı asanlaşdırır. Onun üzüm tumunun yağı ilə qarışığı ilə alın və boyun nahiyələrinə masaj edilməsi başağrısını aradan qaldırır. Soyuqdəymə və zökəm zamanı qızdırma salmaq, burun-udlaq iltihabını azaltmaq və burun ciblərini təmizləmək üçün istifadə olunur.