Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Türkiyə COP31 iqlim sammitinə ev sahibliyi edəcək

20 noy 2025, 11:51
Türkiyə COP31 iqlim sammitinə ev sahibliyi edəcək

Türkiyə gələn il COP31 sammitinə ev sahibliyi edəcək. Tədbir Antalya şəhərində keçiriləcək. Bununla da Türkiyə BMT-nin ən vacib iqlim forumunun keçiriləcəyi yer barəsində Avstraliya ilə uzun müddətdir davam edən mübahisəyə son qoyub.

Bu barədə Liderxeber.az "Yeni şafak" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib ki, Avstraliya 2026-cı ildə Sakit okean ölkələri ilə birgə keçiriləcək BMT iqlim forumundan əvvəl Türkiyə ilə danışıqlar aparmaq barədə razılığa gəlib. Türkiyə rəsmi iclasa sədrlik funksiyasını öz üzərinə götürəcək.

"Bizim əldə etdiyimiz nəticə həm Avstraliya, həm də Türkiyə üçün böyük bir qələbədir", - deyə Entoni Albaneze Avstraliyanın "ABC Radio Perth" ictimai radiostansiyasına müsahibəsində bildirib.

Bu bəyanat Braziliyanın Belem şəhərində cümə günü COP30 iqlim sammitinin bağlanmasından əvvəl verilib. Avstraliya gələn il COP31-in Sakit okeanın cənub hissəsində dəniz səviyyəsindən aşağıda yerləşən ölkələrlə birlikdə "Sakit okean sammiti" kimi keçirilməsində israr edirdi, çünki bu ölkələr daha çox dəniz səviyyəsinin artması və iqlim fəlakətləri təhlükəsi altındadırlar.

Türkiyə bəyan edib ki, inkişaf etməkdə olan iqtisadiyyata malik ölkə olaraq, öz sammitində zəngin və kasıb ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsini təşviq edəcək.

İndi Türkiyənin Antalya Sərgi Mərkəzində keçiriləcək tədbirə hazırlaşması üçün cəmi 12 ayı olacaq.