Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

“Tramp marşrutu”nun icarəsi ilə bağlı iki variantı müzakirə edirik”

14 noy 2025, 12:27
“Tramp marşrutu”nun icarəsi ilə bağlı iki variantı müzakirə edirik”

“Ermənistan ABŞ ilə Sünikdən (Zəngəzur - red.) keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) icarəyə verilməsinin iki ssenarisini müzakirə edir - 49, yaxud 99 illik”. 

Liderxeber.az TASS-a istinadən istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda regional təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.

Paşinyanın sözlərinə görə, qeyd olunan müddətlər investisiyalar və onların öz xərcini çıxarması ilə bağlıdır:

“İnvestorun yatırdığı vəsaiti müəyyən mənfəətlə birlikdə geri qaytaracağına dair zəmanətləri olmalıdır. Son müzakirələr sırf iqtisadi-maliyyə xarakteri daşıyır. İcarə müddəti yalnız investisiyaların hansı zaman çərçivəsində öz xərclərini çıxaracağından asılı olacaq”.

Xatırladaq ki, ilkin olaraq “Tramp Marşrutu”nun icarə müddətinin 99 il olacağı bildirilirdi.