Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Hərbi yük təyyarəsində həlak olan türkiyəli hərbçilərlə vida mərasimi keçirilir

14 noy 2025, 10:24
Hərbi yük təyyarəsində həlak olan türkiyəli hərbçilərlə vida mərasimi keçirilir

Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan türkiyəli hərbçilər bu gün dəfn olunacaqlar.

Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada şəhidlərlə vida mərasimi təşkil edilib. Mərasimdə hərbçilərin ailələri və yaxınları ilə yanaşı, dövlət nümayəndələri, Türkiyə ordusunun komandanlığı iştirak edirlər.

Mərasimdən sonra qəzada həlak olan 19 hərbçinin cənazəsi dəfn olunmaları üçün öz məmləkətlərinə yola salınacaq. Yalnız şəhid pilot Gökhan Qorxmazın dəfn mərasimi sabah İstanbulda keçiriləcək.

Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.