Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Qəzzadakı HƏMAS üzvləri Türkiyəyə göndərilə bilər

13 noy 2025, 13:22
Qəzzadakı HƏMAS üzvləri Türkiyəyə göndərilə bilər

HƏMAS hərəkatının hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları”nın Qəzza zolağının İsrailin nəzarətində olan bölgəsində qalan üzvləri Türkiyə ərazisinə köçürülə bilər. 

Liderxeber.az xəbər verir ki, bu barədə HƏMAS-a yaxın olmağı ilə seçilən “Maan” agentliyi məlumat yayıb. 

Məlumata görə, vasitəçilər Qəzzada İsrail qüvvələri ilə HƏMAS arasındakı “sarı xətt” (təmas xətti - red.) xaricində, əsasən anklavın cənubundakı Rəfah şəhəri rayonunda olan hərəkat üzvlərinin Türkiyə ərazisinə və daha sonra regionun bir neçə ölkəsinə paylanması üçün mümkün yerdəyişmə planı hazırlayırlar.

Məsələ ilə bağlı məsləhətləşmələrin ABŞ, Türkiyə və digər dövlətlərin nümayəndələri arasında, lakin İsrailin iştirakı olmadan aparıldığı bildirilir. Bununla belə, İsrailin belə bir əməliyyatın həyata keçirilməsinə etiraz etmədiyi vurğulanır. 

Müxtəlif mənbələrin məlumatına görə, Qəzzanın İsrail qüvvələrinin nəzarətində olan hissəsindəki yeraltı tunellərdə 50-300 arası HƏMAS silahlısı var. 

Xatırladaq ki, oktyabrın əvvəli Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə İsraillə HƏMAS arasında atəşkəslə bağlı saziş imzalanıb.