Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

“Canlı Barbi” müəmmalı şəkildə öldü

07 noy 2025, 10:15
“Canlı Barbi” müəmmalı şəkildə öldü

Sosial mediada “Canlı Barbi” kimi tanınan braziliyalı influenser Barbara Yankavski 31 yaşında müəmmalı şəkildə vəfat edib.

Liderxeber.az xəbər verir ki, o, noyabrın 2-də San Pauloda ölü tapılıb.

Təxminən 55 min izləyicisi olan Yankavski mənzilində yalnız alt paltarı ilə, sol gözündə yara və kürəyində qançırlar olan vəziyyətdə aşkarlanıb.

Hadisə gecəsi 51 yaşlı vəkil Renato Kampos Pinto de Vitto ifadəsində bildirib ki, o, Yankavski ilə “xüsusi xidmətlər” məqsədilə görüşüb və birlikdə vaxt keçiriblər. Onun sözlərinə görə, Yankavski hərəkətsiz qaldıqda kömək çağırıb. Təcili tibbi yardım briqadası doqquz dəqiqə ürək masajı etsə də, influenserin həyatını xilas etmək mümkün olmayıb.

Polis bədəndəki izləri nəzərə alaraq, ölümü “şübhəli” kimi qiymətləndirib. Məhkəmə-tibbi və toksikoloji ekspertiza araşdırmaları davam edir.

Yankavskinin bir dostu isə onun gözündəki yaranın bir neçə gün əvvəl baş verən yıxılma nəticəsində yarandığını iddia edib.

Qeyd edək ki, sosial mediada çoxsaylı estetik əməliyyatlar keçirməsi ilə tanınan Yankavski izləyiciləri arasında “Canlı Barbi” və “İnsan Barbi” adları ilə məşhur idi.