Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Tramp sui-qəsd cəhdinin onun həyatına təsirindən danışdı

04 noy 2025, 15:00
Tramp sui-qəsd cəhdinin onun həyatına təsirindən danışdı

ABŞ Prezidenti Donald Tramp 2024-cü ilin iyulunda baş verən sui-qəsd cəhdinin onun həyata olan münasibətinə təsir etdiyini bildirib.

Liderxeber.az-ın məlumatına görə, onun sözlərini "Qisas: Donald Tramp və ABŞ-ni dəyişən kampaniya" kitabında jurnalist Conatan Karl qeyd edib.

"Mən bu barədə düşünməyi sevmirəm. Amma, bəli, düşünürəm ki, bu təsir etdi", - deyə Tramp Karlın ölümə yaxın olmağın onu dəyişdirib-dəyişdirmədiyinə dair sualına cavab olaraq bildirib.

Karl qeyd edib ki, həmin vaxt hələ prezidentliyə namizəd olan Trampla söhbət sui-qəsd cəhdindən iki gün sonra baş tutub.

"Son iki gündə baş verənlərə baxmayaraq, Trampın səsi mənim nə vaxtsa eşitdiyimdən daha rahat səslənirdi", - deyə jurnalist vurğulayıb.

Xatırladaq ki, Trampa sui-qəsd cəhdi 2024-cü il iyulun 13-də Pensilvaniyada onun seçki kampaniyası zamanı baş verib. Ona 20 yaşlı Tomas Mettyu Kruks atəş açıb, güllələrdən biri Trampın qulağını sıyıraraq, başından bir neçə millimetr məsafədə keçib.