Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

HƏMAS israilli girovları sərbəst buraxdı - Yenilənib

13 okt 2025, 12:02
HƏMAS israilli girovları sərbəst buraxdı - Yenilənib

Fələstinin HƏMAS hərəkatı bu gün sərbəst buraxmağı planlaşdırdığı israilli girovların siyahısını açıqlayıb.

Liderxeber.az xarici mediaya istinadən xəbər verir ki, siyahıda 20 israilli şəxsin adı yer alıb. 

Həmin girovların yaxın saatlarda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil veriləcəyi gözlənilir. 

“Al Aqsa” telekanalı BQXK əməkdaşlarının artıq girovların təhvil veriləcəyi əraziyə yollandığını bildirib.

Onu da qeyd edək ki, İsrail və HƏMAS arasındakı razılaşma çərçivəsində İsrail təqribən 2000 fələstinli məhbusu azad edəcək. Onlardan əksəriyyəti Qəzzaya və yaxud qonşu ölkələrə göndəriləcək.

İsrailin “Kan” radiosunun məlumatına görə, HƏMAS 7 nəfərdən ibarət ilk qrupu BQXK nümayəndələrinə təhvil verib. 

Həmin şəxslərin vəziyyətinin qənaətbəxş olduğu, sərbəst yeriyə bildikləri qeyd olunub.

Digər girovların isə gün ərzində sərbəst buraxılacağı gözlənilir.

***

İsrail mediasının məlumatına görə, HƏMAS geri qalan 13 girovu da BQXK-ya təhvil verib.

Onların da vəziyyətinin normal olduğu bildirilib.