Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

Bu gün Sülh üzrə Nobel mükafatının qalibi məlum olacaq

10 okt 2025, 10:20
Bu gün Sülh üzrə Nobel mükafatının qalibi məlum olacaq

Bu gün Sülh üzrə Nobel mükafatının qalibi elan ediləcək.

Liderxeber.az xəbər verir ki, qalibin kimliyinin Bakı vaxtı ilə 13:00-da açıqlanması gözlənilir.

Nobel institutunun nümayəndəsi Erik Oshaym Osloda jurnalistlərə bildirib ki, Nobel komitəsi oktyabrın 7-də məsələ ilə bağlı sonuncu iclasının keçirib və bu il üzrə həmin mükafata layiq görüləcək laureatı seçib.

Onun sözlərinə görə, həmin iclas zamanı son düzəlişlər edilib.  

Qeyd edək ki, son zamanlar Nobel Sülh mükafatına potensial namizəd olaraq ABŞ Prezidenti Donald Trampın adı hallanır. İspaniyanın “El Pais” qəzeti öz mənbələrinə istinad yazıb ki, Trampın adı bu kateqoriya üzrə namizədlər siyahısına daxil edilib. Buna əsas olaraq isə ABŞ liderinin ikinci prezidentliyi dövründə ölkələr arasında bir neçə münaqişəyə son qoyması göstərilib.

Ümumilikdə isə bu il 338 namizəd nəzərdən keçirilib, onlardan 224-ü fiziki şəxs, 94-ü isə təşkilatdır.

Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də Vaşinqtonda keçirilən görüş zamanı Azərbaycan və Ermənistanın D.Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürəcəyini bildirmişdi. O bu zaman qeyd edib ki, Trampa Sülh Mükafatının verilməsi üçün Nobel Komitəsinə birgə ərizə göndərəcəklər.