Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

"Ferrero" reklama 100 milyon dollardan çox vəsait yatıracaq

10 okt 2025, 09:51
"Ferrero" reklama 100 milyon dollardan çox vəsait yatıracaq

İtaliyanın qənnadı məmulatları istehsalçısı "Ferrero"nun Şimali Amerika bölməsi gələn ilin ən böyük idman hadisələri - "Superboul" və futbol üzrə dünya çempionatı zamanı öz məhsulunun reklamına 100 milyon dollardan çox büdcə ayıracaq.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı Interfax.ru yayıb.

"Ferrero"nun Şimali Amerika bölməsinin başçısı Maykl Linsi deyib:

"İdman yarışları əvvəlki kimi ən böyük auditoriya toplayır. Biz istehlakçılara televizor qarşısında oturarkən yedikləri məhsulları reklam edəcəyik. Tamaşaçılar "Superboul"a reklam naminə baxırlar ki, bu da zəmanəmizdə unikal haldır. Belə ki, istehlakçılar adətən reklam fasilələri zamanı ya reklamı dayandırır, ya da teleekrandan uzaqlaşırlar".

"Ferrero" "Superboul"da - Amerika futbolu üzrə çempionatın finalında ilk dəfə öz reklamını təqdim edəcək. Çempionatın final mərhələsi fevralda keçiriləcək.

Ötən matç teleauditoriyaya 127.7 milyon tamaşaçı toplamışdı. 30 saniyəlik reklam çarxının qiyməti qeyri-rəsmi məlumata görə 8 milyon dollardır. Matçı gələn il yayımlayacaq "NBCUniversal" sentyabrın əvvəlində bildirib ki, artıq bütün reklam slotları satılıb.

"Ferrero" 1946-cı ildə İtaliyada yaradılıb. Şirkət "Nutella", "Kinder Surprise", "Kinder Chocolate", "Raffaello", "Ferrero Rocher" brendi ilə şokolad və konfetlər istehsal edərək dünyanın 170-dən çox ölkəsinə satır.