Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

“İranın sülh prosesinə qoşulması real görünür” - Tramp

09 okt 2025, 09:11
“İranın sülh prosesinə qoşulması real görünür” - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın nüvə silahına sahib olmasına cəmi bir, ya da iki ay qalırdı və əgər o buna imkan versəydi, Qəzzaya dair saziş baş tutmazdı.

Liderxeber.az-ın məlumatına görə, Tramp bu fikirləri “Fox News”a verdiyi müsahibədə səsləndirib.

Prezident qeyd edib ki, Qəzza ilə bağlı razılaşma çərçivəsində İranla da danışıqlar aparılıb:

“Bu, əvvəlki İran deyil. Açıq desəm, çox konstruktiv müzakirələr apardıq və gördüyünüz kimi, onlar bu sazişə uğurlar dilədilər. Bu, mühüm irəliləyişdir. Düşünürəm ki, əgər İranın nüvə silahı olsaydı, bağlanacaq hər hansı müqavilə risk altında olardı. Bu gün isə həmin risk yoxdur və biz sülhə doğru irəliləyirik”.

Tramp əlavə edib ki, İranın sülh prosesinə qoşulması real görünür:

“Açıq şəkildə razılaşmayan ölkələr belə bu prosesdə iştirak edir. İnanıram ki, İran da ümumi sülh təşəbbüsünün bir hissəsi olacaq”.