Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

Bu ölkələr “Qızıl Qübbə” sistemi üzərində birgə işləyəcəklər

08 okt 2025, 09:08
Bu ölkələr “Qızıl Qübbə” sistemi üzərində birgə işləyəcəklər

ABŞ və Kanada müasir hava hücumundan müdafiə vasitəsi olan “Qızıl Qübbə” raketdən müdafiə sistemi üzərində birgə əməkdaşlığa başlayır.

Liderxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə keçirdiyi görüş zamanı deyib.

Tramp bildirib ki, bu layihə təhlükəsizliyin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır:

“Bu, inanılmaz bir sistemdir. Ronald Reyqan dövründə belə bir layihə reallaşdırılmaq istənilirdi, lakin texnologiya kifayət etmirdi. İndi isə imkanlarımız var və Kanada ilə birlikdə bu sistem üzərində işləyəcəyik. Düşünürəm ki, dünyadakı vəziyyəti nəzərə aldıqda belə bir müdafiə sistemi bizim üçün həyati əhəmiyyət daşıyır”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, “Qızıl Qübbə” sistemi İsrail tərəfindən hazırlanıb və qısamənzilli raketləri, mərmiləri havada zərərsizləşdirmək üçün nəzərdə tutulub. ABŞ və Kanada bu texnologiyanı öz təhlükəsizlik strategiyalarına uyğun şəkildə inkişaf etdirməyi planlaşdırır.