Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

Tokayev: "Azərbaycan bu gün türk dünyasının birliyinin möhkəmlənməsi istiqamətində mühüm rol oynayır"

07 okt 2025, 16:02
Tokayev: "Azərbaycan bu gün türk dünyasının birliyinin möhkəmlənməsi istiqamətində mühüm rol oynayır"

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın sülh təşəbbüsünü və Prezident İlham Əliyevin sədrliyini yüksək qiymətləndirib.

Liderxeber.az xəbər verir ki, Qazaxıstan lideri çıxışında deyib:

"Bu çətin dövrdə Azərbaycan ilə Ermənistan arasında sülhlə bağlı Birgə Bəyanatın imzalanmasını təqdir etmək istəyirəm və inanıram ki, bu tarixi addım 30 il davam edən münaqişənin həllində mühüm addım olacaq".

Tokayev, həmçinin Azərbaycanın regional və beynəlxalq təşəbbüslərə verdiyi töhfəni xüsusi qeyd edərək söyləyib:

"Mən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin tamhüquqlu beynəlxalq təşkilata çevrilməsində verdiyi töhfəyə görə Azərbaycana və bütün türk dövlətlərinə təşəkkür edirəm. Əminəm ki, Prezident İlham Əliyevin sədrliyi ilə Türk Dövlətləri Təşkilatı fəaliyyətini daha da uğurla davam etdirəcək".

Qazaxıstan prezidenti, həmçinin vurğulayıb ki, Azərbaycan bu gün türk dünyasının birliyinin möhkəmlənməsi və regional sabitliyin qorunması istiqamətində mühüm rol oynayır.